İsmayıllıda evləri su basdı – “Uşaqlar məktəbə gedə bilmir” (Video)

3 May 2016 18:40 (UTC+04:00)


Yağış suları evlərin zirzəmisinə, tövlələrə dolub, kənd təsərrüfatına ziyan vurub. Vəziyyət şəhərin Mübariz Orucov və Nizami Gəncəvi küçələrinin kəsişməsində, Babadağ və Heydər Əliyev prospektlərində daha qabarıq yaşanıb.

Rayonda kanalizasiya sistemlərinin və su ötürücülərinin düzgün qurulmaması və tam istifadəyə verilməməsi çirkablı suların küçələri basması ilə nəticələnib. Arxlar daşaraq yolları basıb, gediş-gəlişdə çətinliklər yaranıb. Yaranan problemi aradan qaldırmaq üçün aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür. (Region TV)