Faiq Sücəddinov: “50-100 manat artıq pul verirlər ki, ora-buralarını düzəltsinlər”
16 Noyabr 2012 16:12 (UTC+04:00)
Xalq artisti, bəstəkar Faiq Sücəddinov müğənnilərə qəzəblənib. AzNews.az-a danışan F.Sücəddinov müğənnilərin tamaşaçılar qarşısında fonoqramla mahnı oxumaqlarına bu cür münasibət bildirib: "Müğənnilərin hamısı mini-disk vasitəsiylə mahnı oxuyurlar.
Özü də mən bilirəm ki, necə oxuyurlar. 50-100 manat artıq pul verirlər ki, ora-buralarını düzəltsinlər".
Fuad Mədətov
AzNews.az