Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilir

3 May 2016 21:50 (UTC+04:00)

Bu, Bakı ilə Moskva arasında əldə olunmuş razılığa əsasən həyata keçirilir.

Həmin razılaşmaya əsasən, Azərbaycana BMP-3-ün bazası əsasında hazırlanmış "Vena" adlı 120 mm-lik özüyeriyən artilleriya qurğuları və BTR-80-in bazası əsasında yenilənmiş və ən müasir döyüş avadanlıqları ilə təchiz olunmuş BTR-82A maşınları göndərilir.

Bundan başqa, Rusiya mütəxəssislərinin köməyi ilə hərbi maşınlara texniki yardım, onların təyinatı üzrə istifadə olunması, o cümlədən, şəxsi heyətə zəruri vərdişlərin aşılanması üzrə təlim-məşğələlər keçilir.

Daha bir vacib məqam. Məlumatda o da vurğulanır ki, deyilənlərlə bərabər, cəbhəboyu zonalardakı hərbi anbarlar istər yerli istehsaldan olan, istərsə də Rusiyadan alınan zəruri komplektlər və hərbi sursatlarla, müxtəlif kalibirli minalarla da təchiz olunur.


Virtualaz.org