Xızıda ev yandı

4 May 2016 10:55 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xızı rayonu, Qars kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər və meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 9:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.​