Fəhlə 8-ci mərtəbədən yıxılaraq öldü - Xırdalanda

4 May 2016 12:32 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 3-də Xırdalan şəhərində yeni tikilən binalardan birində fəhlə işləyən Abşeron rayon sakini Alim Alıyev həmin binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.