Cavid Qurbanovun 2 əməkdaşı - Tutuldu

4 May 2016 14:21 (UTC+04:00)

Bu barədə İmişli rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, İmişli Lokomotiv Deposunun maşinisti Faiq Behbudov və maşinist köməkçisi Rafət Abbasov idarə etdikləri teplovozdan 60 litr dizel yanacağını rayon sakini Faiq Hüseynova satarkən saxlanılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

APA.az