Rusiyadakı dəhşətli cinayəti əslində, kim törədib?– Növbəti informasiya terroru (Video)

4 May 2016 18:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Rusiyanın NTV telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, bu cinayəti məhz həmin tacik vətəndaşı - Məhmədəli Əhmədovun planlaşdırdığı üzə çıxıb. Lakin, Rusiya mediasında daha öncə cinayəti azərbaycanlı dəstənin törətdiyi bildirilirdi. Hətta NTV-nin son məlumatından sonra da məsələylə bağlı xəbərlərdə cinayətin azərbaycanlılar tərəfindən törədildiyi önə çəkilir və bununla soydaşlarımızın cinayətkar obrazının yaradılmasına açıq-aşkar cəhd edilir.


Məhmədəli Əhmədov

Maraqlıdır ki, eyni istiqamət Azərbaycan KİV-ində də kifayət qədər nəzərə çarpandır.
Onu da bildirək ki, cinayətkar dəstənin daha birinin qeyri-azərbaycanlı olması barədə də məlumatlar dolaşır. Bildirilir ki, onlardan biri Özbəkistan vətəndaşıdır.
Bütün bunlara baxmayaraq, cinayətkarların az qala hamısının Azərbaycan adına yazılaması prosesi davam edir. Nəzərə alsaq ki, bu, ilk hadisə deyil, onda "yanlışlığın" heç də təsadüfi olmadığı qənayətinə gəlmək olar.

Xatırladaq ki, aprelin 24-nə keçən gecə Rusiyanın keçmiş polis rəisi Andrey Qoşt və onun yaxınları öldürülüb. Cinayətdə şübhəli bilinən 4 nəfər saxlanılıb.