Çarli Çaplinin şlyapası satılır
16 Noyabr 2012 18:34 (UTC+04:00)
Əfsanəvi aktyor Çarli Çaplinin şlyapası hərracda satışa çıxarılacaq. Hərrac Los-Ancelosda yaxın zamanda keçiriləcək. Aktyorun əşyalarının satışından 50 minə yaxın gəlir əldə edilməsi gözlənilir.
Hərracda həmçinin məşhur "The Beatles" qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın Con Lenonnun yazdığı məktub da satışa çıxarılacaq. Mütəxəssislər məktubu 22 min dollar qiymət qoyublar.
Elnarə Əlosmanqızı
Aznews.az