Polis soyğunçuları tapa bilmir
16 Noyabr 2012 13:50 (UTC+04:00)
Dünən gecə Nəsimi rayonunda - Bəşir Səfəroğlu küçəsində mağazada soyğunçuluq hadisəsi baş verib. AzNews.az-a daxil olan məlumata görə, soyğunçular mağazaya daxil olaraq satıcını döyüb və çox sayda kontur kartları, pul aparıblar. Satıcının oğlu soyğunçuların arxasınca qaçsa da, onları saxlaya bilməyib.
Hadisə ilə bağlı Nəsimi rayon 22-ci polis bölməsi tərəfindən araşdırma aparılır. Polis bölməsindən AzNews.az-a verilən məlumata görə, faktla bağlı hələlik heç kəs saxlanılmayıb.
Elnarə Əlosmanqızı
AzNews.az