AKP-də kritik toplantı başa çatdı - Gözlər Davudoğluda (Yenilənib 2)

5 May 2016 13:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, toplantıdan sonra Baş nazir Əhməd Davudoğlunun açıqlama verməsi gözlənilir.

14:10

Məlumata görə, toplantıda növbədənkənar qurultayın mayın 22-də keçirilməsinə qərar verilib. Lakin Baş nazir Əhməd Davudoğlu məsələ ilə bağlı hələ də açıqlama verməyib.


***
13:30

Bu dəqiqlərdə Türkiyədə AKP Mərkəzi İdarə Heyətinin toplantısı keçirilir.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, toplantıya Türkiyə Baş naziri Əhməd Davudoğlu da qatılıb. Davudoğlunun toplantıdan sonra növbədənkənar qurultayın keçirilməsi barədə qərarı açıqlayacağı və qurultayın tarixini elan edəcəyi gözlənilir.



Aydan AXUNDOVA