“Son nəfəsimə kimi Ərdoğana sadiq olacağam” - Davudoğlu
5 May 2016 17:26 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Davudoğlu Ərdoğanla qardaş münasibətində olduğunu və bunun son nəfəsinə kimi davam edəcəyini bildirib: "Prezidentlə aramızda insani qardaşlıq hüququ var. Bu baxımdan heç bir mənfi şərhin verilməsini düzgün hesab etmirəm. Son 15 ildə prezidentimizlə bir çox səbəblərə görə çiyin-çiyinə olmuşuq. Bundan böyük bir qürur duymuşam. Bu dostluğu həmişə hər şeydən öndə tutmuşam. Baş nazirin baş müşaviri, xarici işlər naziri, baş nazir olaraq onunla birlikdə çalışmışam. Son iştirak etdiyim konqresi xatırlayırsınızsa, vida konqresi deyilirdi, mən ona vəfa konqresi demişdim. Bir daha bildirmək istəyirəm ki, hadisələr necə işkişaf etsə də, mən verdiyim sözə sadiqəm. Prezidentimizlə son nəfəsimə qədər vəfa münasibətini davam etdirəcəyəm".
Baş nazir Ərdoğanın ailəsinin şərəfini öz ailə şərəfi hesab etdiyini də vurğulayıb: "Heç kimsə mənim ağzımdan, dilimdən prezidentimizin əleyhinə tək bir söz belə eşitməyib, eşitməyəcək. Bunun açıq və dəqiq bilinməsini istəyirəm. Prezidentimizin şərəfi həm Türkiyə Cümhuriyyətinin prezidenti olaraq, həm də yol yoldaşım olaraq mənim şərəfimdir. Onun ailəsinin şərəfi mənim ailəmin şərəfidir. Onun ailəsi mənim ailəmdir. Burada heç kim yeni fitnə qapıları açmaq istəməsin".
Aydan AXUNDOVA