Moskvada redaktor mənzilində öldürüldü
5 May 2016 20:48 (UTC+04:00)
Bu barədə agentliyin saytında xəbər verilib.
"Bizim dostumuz və yoldaşımız "NSN" redaktoru Aleksandr Rubtsov həlak oldu. Onun 35 yaşı var idi. Son iki il ərzində siz radiostansiyamızın efirində Saşanın xəbərlərinə qulaq asa bilirdiz", - deyə xəbərdə qeyd olunur. Faktla bağlı paytaxt polisində cinayət işi açılıb. Hazırda isti izlərlə araşdırma aparılır.
Aleksandr Rubtsov "Naşe radio", Rock FM, Best FM və "Radio JAZZ" radiostansiyaların efirində xəbərlər buraxılışlarını aparıb. Rubtsov mayın 3-də qətlə yetirlib. Onun bədənində çoxsaylı deşilmış-kəsilmiş yaralar aşkar edilib. Həmçinin onun bədənində döyülmə izləri olub. İlkin ehtimala görə, jurnalist qarət olunub. İstintaq qrupu onun tanışları tərəfindən qarət olunaraq öldürüldüyünü ehtimal edir.

Anspress.com