Ekspertlərdən Rusiya iqtisadiyyatıyla bağlı - Bədbin proqnoz
6 May 2016 11:37 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə proqnoz Bloomberg agentliyində yer alıb. Agentliyə danışan 28 ekspertdən 23-ü Rusiyanın büdcə siyasətinin balanlaşdırılmasına 2020-ci ildə nail ola bilinəcəyini ehtimal etsələr də, 4 ekspert bu tarixin yalnız 2025-ci il ola biləcəyini iddia edirlər.
Agentliyin məlumatına görə, Rusiya hakimiyyəti büdcənin balanslaşdırılmasına 2019-cu ildə vergi-büdcə tədbirləri hesabına nail olmaq niyyətindədir.
Rusiya iqtisadiyyatına kömək edə biləcək tədbirlər sırasında ekspertlər antirusiya sanksiyalarının yüngülləşdirilməsi və nəticə etibarilə Qərblə münasibətlərin yaxşılaşdırılmasını, həmçinin mühüm iqtisadi islahatları qeyd edirlər.
Aydan AXUNDOVA