İran üçün yeni neft dönəmi başlayır - BP ofis açır

6 May 2016 13:29 (UTC+04:00)

AzNews.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin rəhbəri Rüknəddin Cavadi məlumat verib.

Bildirib ki, BP İrana yeni texnologiyalar və sərmayə gətirmək niyyətindədir. Britaniya şirkətindən isə bu qərara şərh verilməyib.

Qeyd edək ki, BP rəhbəri Bob Dadli bundan öncə İrana investisiya qoyuluşunda ehtiyatla davranırdı. O, bu yaxınlardakı çıxışı zamanı bildirmişdi ki, onun şirkəti "imkanları diqqətlə seçəcək". İrana geri qayıtmaq istiqamətində addım atan digər qərb neft şirkətləri asırasında Avstriyanın "OMV" və Fransanın "Total SA" şirkətlərinin də adı çəkilir.

Aydan AXUNDOVA
AzNews.az