Ordumuzun şəhid olan hərbçisinin medalı anasına təqdim edildi - Foto

6 May 2016 15:55 (UTC+04:00)

Bu münasibətlə şəhidin doğulduğu Goranboy rayonunun Əhmədabad kəndində medalın təqdimat mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin (MN), Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Ailənin tək oğul övladı olan şəhidin medalı anasına təqdim edilib.

Xatırladaq ki, 1994-cu il təvəllüdlü Elmir Zeynalov fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olub.

Report.az