Bu gün Faiq Ağayev üçün ikiqat bayramdır – VİDEO

17 Noyabr 2012 06:37 (UTC+04:00)
Xalq artisti Faiq Ağayev bu gün qeyd olunan Milli Dirçəliş Gününü xüsusi qeyd edir. AzNews.az-ın məlumatına görə, noyabrın 17-si F.Ağayevin səhnə fəaliyyətinin 25-ci ilinə qədəm basdığı gündür.

F.Ağayev bu barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində bununla bağlı təəssüratlarını bölüşüb: "Artıq 17 noyabrdır. Və bu, o deməkdir ki, artıq səhnə fəaliyyətimin 25-ci ilinə qədəm basdım!

Bu illər ərzində ən böyük qazancım – təmənnasız tamaşaçı məhəbbəti oldu. Şükür sənə, ya Rəbbim! Sonsuz minnətdarlıq, əziz azərbaycanlılarım! Məni bu mərtəbəyə layiq görən Vətənim, Xalqım - verdiyiniz dəyər ən böyük varlığımdır! Təşəkkür!!!"

Onu da qeyd edək ki, Xalq artistinə ilk hədiyyəni onun pərəstişkarı Nərminin paylaşdığı video-çarx olub: "İlk bayram hədiyyəm də sevgili Nərmin FA-dan gəldi!"



Fuad Mədətov
AzNews.az