Ərdoğan öz köməkçisini baş nazir edəcək? – Politoloq şərhi
7 May 2016 11:22 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Kurtulmuşun AKP-yə sədr seçiləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Politoloq Numan Kurtulmuşun AKP-yə gəlməmişdən əvvəl müxalifətçi olduğunu xatırladıb: "Təcrübəli siyasətçidir, fikirlərini aydın ifadə edir, inandırıcılıq qabiliyyəti var. Ancaq məsələ burasındadır ki, Kurtulmuş hakim Ədalət və İnkişaf Partiyasına çox sonradan qatılıb. Səadət Partiyasının lideri vəzifəsində ikən bir müddət AKP-yə müxalifətdə olub. AKP-nin qurucu üzvləri Numan Kurtulmuşun partiya lideri və Baş nazir seçilməsindən məmnun qalmazlar".
E.Şahinoğlu hesab edir ki, AKP-nin qurulmasında zəhməti olanların yerinə partiyaya çox sonradan qatılan birinin baş nazir seçilməsi ədalətli yanaşma deyil.
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Eyyub Sultan Camisində Baş nazir Əhməd Davudoğlunun yerinə namizəd olduğu deyilən köməkçisi Numan Kurtulmuş ilə birgə cümə namaz qılıb. Namazdan sonra isə Ərdoğan Kurtulmuşla birlikdə Eyyub bələdiyyəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.
Məlumat üçün bildirək ki, Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının sədrliyindən çıxarıldıqdan sonra mətbuatda onun yerinə 4 namizədin adı hallanır. Onlar arasında Numan Kurtulmuşun da adı var.
Bahar RÜSTƏMLİ
AzNews.az