Türkiyə vətəndaşı intihara cəhd etdi

17 Noyabr 2012 07:04 (UTC+04:00)
Azərbaycanda təhsil alan Türkiyə vətəndaşı intihara cəhd edib. Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Türk Anadolu Liseyində təhsil alan Türkiyə vətəndaşı, 1997-ci il təvəllüdlü Kaplan Minə İbrahim qızı yaşadığı mənzildə sol biləyinin damarlarını kəsib. O, dərhal xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az