Türkiyəli deputatlar Azərbaycana görə qırmızı forma geyinmədilər

7 May 2016 18:24 (UTC+04:00)

Günün ilk matçında Türkiyədən olan deputatlarla ukraynalı millət vəkilləri üz-üzə gəlib.

Türklər meydana ənənəvi qırmızı-bəyaz formada yox, qarada çıxıblar. Oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub. Fasilədə türk deputatlar Türkiyədə baş verən terror hadisələri və Qarabağda şəhid olmuş azərbaycanlı hərbçilərə görə belə geyindiklərini bildiriblər. Onu da bildirək ki, türklər fasiləyə 2:0 öndə yollanıb.

Qeyd edək ki, TRT3 telekanalı vasitəsilə canlı yayınlanan bu oyundan sonra Azərbaycandan olan deputatlar Polşa Seyminin üzvləri ilə qarşılaşacaqlar. Qaliblər sabah finalda görüşəcək.


Qaynarinfo.az