Dünya hələ belə evlilik təklifi görmədi - VİDEO

7 May 2016 19:30 (UTC+04:00)

Parkinqə daxil olarkən qadının maşınının qarşısını offroader kəsir. Maşının baqaj hissəsindən əli-qolu, ağzı bağlı bir ahıl boylanır, sürücü onu zorla içəri itələyir.

Sonra isə qadının avtomobilinə yaxınlaşaraq videoregistratorun çəkdiklərini tələb edir. Qadınlar qorxuya düşərkən bandit rolunda olan sürücü qara maskalını köməyə çağırır. O, əlindəki dəyənəklə qadınların avtomobilinin alın şüşəsini sındırır. Vəziyyətin gərginləşdiyini görüb tez maskasını çıxaran qadının sevgilisi ona evlilik təklifi edir.

avtosfer.az