Bu gün Bakının mərkəzində etiraz aksiya keçiriləcək

17 Noyabr 2012 07:24 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, mitinqin təşkilatçıları siyasi partiyaların gənclər təşkilatları və mühacirətdə yaşayan azərbaycanlılardır. AXCP, Müsavat, ADP, VHP, KXCP mitinqin təşkilatçıları sırasındadır.

Təşkilatçılar yaydığı məlumatda bu etirazı 20 oktyabr aksiyasının davamı kimi qiymətləndirirlər. Planlaşdırılan aksiyanın əsas tələbi Milli Məclisin buraxılması, yeni parlament seçkisinin keçirilməsidir.

Xatırladaq ki, mitinqin təşkilatçıları "Fəvvarələr Meydanı"nda aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, onlara rədd cavabı verilib.

İlkin
AzNews.az