Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq

9 May 2016 11:47 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:

- Dənizkənarı Milli Park;
- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı.

Eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılıb.