DİN-dən 24 yaşlı gəncin yandırılması ilə bağlı - Açıqlama
9 May 2016 16:39 (UTC+04:00)
AzNews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 7-də Bərdə rayonunun Piyadalar kəndində naməlum şəxs kənd sakini Salman Bayramova baş nahiyəsindən küt alətlə xəsarət yetirmiş, onu və yaxınlıqda dayanmış ona məxsus "VAZ-2107" markalı avtomobili benzinlə yandırıb.
Xəstəxanaya yerləşdirilmiş S.Bayramovun vəziyyəti ağırdır.
Faktla əlaqədar cinayət işi başlanıb.