Sürücülərin nəzərinə - Bu yollar bağlıdır

10 May 2016 09:46 (UTC+04:00)

Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsinədək, Hüseyn Cavid prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsinədək, digər küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan başqa, Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Səməd Vurğun küçəsi (Müasir Təhsil Kompleksinin qarşısından "Təzə bazar"a doğru), Koroğlu Rəhimov küçəsi ("Odlar Yurdu" Universitetinin qarşısı), Babək prospekti (mərkəzə doğru), o cümlədən A.Bakıxanov küçəsi (Türkiyə səfirliyi istiqamətində) və Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Report.az