Müğənni yeni mahnı oxuyacaq

17 Noyabr 2012 07:34 (UTC+04:00)
Müğənni Günay İbrahimli bu ay yeni klipinin çəkilişlərinə başlayıb. Bu barədə AzNews.az-a danışan müğənni bildirib ki, "Qala" qrupunun solisti Ceyhun Əliyevin bəstəsi olan "De onun adı nədir?" mahnısına klip çəkilir.

G.İbrahimli onu da qeyd edib ki, bu klipdən sonra yeni mahnısını təqdim edəcək: "Yeni mahnım hazırdı. Mahnını "De onun adı nədir?" mahnısına çəkilən klipin təqdimatından sonra dinləyicilərin ixtiyarına verəcəyəm. "Özüm də sənsən" adlı mahnının sözləri Nuriyyə Əhmədova musiqisi Ceyhun Əliyevə məxsusdur".

Fuad Mədətov
AzNews.az