PKK Türkiyədə daha bir partlayış törətdi - 2 polis şəhid oldu

10 May 2016 12:37 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Vanda polis əməkdaşları PKK terrorçuları tərəfindən düzülən bombaları zərərsizləşdirməyə çalışarkən partlayış baş verib.

Partlayış nəticəsində 2 polis şəhid olub, 1 polis isə yaralanıb.

Hadisənin baş verdiyi əraziyə giriş-çıxış qadağan edilib və terrorçulara qarşı böyük əməliyyata başlanılıb.

Əməliyyata hava qüvvələri də cəlb edilib.

Aydan