Bank müsadirə etdiyi villanı - 700 minə satır

10 May 2016 14:55 (UTC+04:00)

Ən ucuz əmlak Tərtər rayonunun Borsunlu kəndində satılan 3,81 hektar torpaq sahəsidir. Ərazi cəbhə bölgəsinə yaxın yerləşdiyi üçün torpağın hektarına 1050 manat ödəməklə onu almaq olar.

Bir qədər artıq xərc çəkmək istəyənlər Lənkəranda fərdi ev də ala bilərlər. Rayonun Girdəni kəndindəki həyət evi 10 min manata satılır.

"Atabank"ın təklif etdiyi ən bahalı daşınmaz əmlak isə Bakıda yerləşən villadır. Bu obyekt paytaxtın Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsindədir və qiyməti 700 min manatdır.

Fins.az