Qəzaya səbəb olan daha bir sürücü - Video

10 May 2016 16:26 (UTC+04:00)

Onun bu hərəkəti digər avtomobillərdən birindəki videoqeydiyyat cihazı vasitəsilə qeydə alınıb. Görüntüləri Avtosfer.az-a göndərən oxucu bildirib ki, "BMW"nin sürücüsünün bu hərəkəti nəticəsində ağır yol qəzası baş verə bilərdi.

Videodan da göründüyü kimi, "BMW"nin sürücüsü yolun əks tərəfi ilə yaxınlaşmaqda olan nəqliyyat vasitəsini gördüyü halda ötmə əməliyyatı aparır və onun yoluna çıxır. Ötmə əməliyyatını başa çatdıra bilmədiyi üçün qarşıdan gedən avtomobillə əks istiqamətdən hərəkət edən avtomobilin ortasından keçir və qəzadan sadəcə möcuzə nəticəsindən xilas ola bilir. Maraqlıdır ki, sürücü bu cür təhlükəli vəziyyətdə də əyləci basıb sürəti azaltmır…

Azərbaycanda baş verən yol qəzalarının statistikasına görə, hadisələrin 30 faizdən çoxu məhz ötmə-manevr qaydalarının pozulması nəticəsində baş verir. Bir qədər də dəqiqləşdirsək deyə bilərik ki, qəzalara bu "BMW"nin sürücüsü kimi qayda pozanlar səbəb olur.

Avtosfer.az