Buşun qızı əkiz bacısına ər tapıb: Şahzadə Harri - “Nömrəsini verəcəyəm”

10 May 2016 16:31 (UTC+04:00)

AzNews.az "People"a istinadən xəbər verir ki, o, şahzadənin Amerika TV-lərindən birinə müsahibə verdiyi zaman Harriylə maraqlanmağa və öz bacısı ilə bağlı məlumatlar verməyə başlayıb.

Belə ki, həmin vaxt Harri əlil hərbçilər üçün Floridada keçiriləcək "Invictus Games" yarışlarının açılışı barədə danışmaq üçün efirə çıxıb. 34 yaşlı Cenna Buş-Hager şahzadənin ən perspektivli bəy namizədlərindən biri olduğunu deyib. O həmçinin, Harridən uşaqlar barədə sualların onda gülüş doğurub-doğurmamasıyla da maraqlanıb.

II Yelizavetanın nəvəsi efir zamanı etiraf edib ki, hazırda sevgilisi yoxdur. "Mənim tənha bacım var", - deyə cavabında Buş-Hager əkiz bacısı Barbaranı nəzərdə tutaraq bildirib. Daha sonra Cenna "Bacım məni öldürəcək", - deyə zarafat edib. Bunun cavabında Harri danışığın efirdən kənar davam edilə biləcəyini qeyd edib. "Yaxşı, mən sizə onun nömrəsini verəcəyəm", - deyə Buş-Hager bildirib.

Qeyd edək ki, bir müddət öncə şahzadə Harrinin qardaşı uşaqlarının onu mətbuatın diqqətindən məhrum etməsindən "narahat olması" barədə xəbərlər yayılıb.

Aydan