26 yaşlı gənc bıçaqlandı - Gəncədə
10 May 2016 22:40 (UTC+04:00)
Şəhərin Vəli Xuluflu küçəsində yaşayan 1990-cı il təvəllüdlü Xaliq İsmayılov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
APA.az