Sərnişin avtobusu “Şəfa“ stadionuna girdi - Xəsarət alanlar var - FOTOLAR

17 Noyabr 2012 08:40 (UTC+04:00)


Bakıda sərnişin avtobus idarəetməni itirərək "Şəfa" stadionuna girdi. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzanı törədən 11 saylı sərnişin avtobusudur.

Şahidlərin verdiyi məlumata görə, yol qəzasına yüksək sürət səbəb olub. Avtobus "Şəfa" stadionuna girməzdən öncə stadionun yanındakı işıqforu qırıb və yaxınlıqdakı "Toyoto-Prado" markalı avtomobili əzib. Xəsarət alanlardan biri də "Toyoto-Prado" markalı avtomobilin sürücüsü olub.

***

Nizami rayon Polis İdarəsindən bildiriblər ki, hadisə nəticəsində xəsarət alanlar var. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a bildirilib ki, qəza zamanı 6 nəfər xəsarət alıb. Artıq xəsarət alanları xəstəxanalara yerləşdiriblər.

AzNews.az