Bakıda 24 dərəcə isti olacaq

11 May 2016 12:34 (UTC+04:00)

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a məlumat verilib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.