Ermənistan Rusiyaya qarşı
17 Noyabr 2012 09:12 (UTC+04:00)
Ermənistanın Baş naziri Tiqran Sarkisyan Rusiyanın "Həmvətənlər" proqramı ilə bağlı açıqlama verib. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, Sarkisyan proqramı qəbuledilməz adlandırıb: "Biz rusiyalı həmkarlarımıza çatdırdıq ki, Ermənistan bu proqramın əleyhinədir. Ermənistanda demoqrafik problemlər kəskindir. Bu proqram bizim həyati maraqlarımıza zərbə vurur. Biz bu barədə açıq mövqeyimizi protokolda da qeyd etmişik".
Qeyd edək ki, Rusiyanın "Həmvətənlər" proqramı MDB ölkələrindən olan emiqrantlara xüsusi yanaşma nəzərdə tutur. Bu isə Rusiyaya axını artırmaqla yanaşı Ermənistan kimi demoqrafik problemləri olan ölkələrdə boşalmaya səbəb olur.
Sadiq Musa
AzNews.az