Zakir Həsənov cəbhəboyu zonada yeni tikilən hərbi şəhərcikdə- Fotolar

11 May 2016 18:00 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.

Qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi və tikinti gedən digər obyektlərdə olan Müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.