Leyla Əliyeva millimizin oyununda

11 May 2016 20:42 (UTC+04:00)

AzNews.az futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi qrupdakı son matçında "Bakcell Arena"da Şotlandiya ilə qarşılaşıb.

İkinci hissəsi davam edən qarşılaşmanı bir sıra rəsmi şəxslər də izləyib. Belə ki, VIP tribunada yer alanlar arasında Gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.

Matç 1:0 Azərbaycanın xeyrinə başa çatsa da, əvvəlki oyunların nəticələrinə əsasən Azərbaycan qrupdan çıxa bilməyib.