Ələt-Astara magistralında ağır qəza - Yaralılar var

12 May 2016 10:28 (UTC+04:00)

Magistralın 117-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində "Ford" markalı minik avtomobili traktora çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Bəkirov Nəsib Bəkir oğlu və sərnişini, 1973-cü ildə anadan olmuş Paşayev Yalçın Saleh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az