Kollegiya iclasında fikir ayrılığı

17 Noyabr 2012 10:41 (UTC+04:00)
Təhsil Nazirliyinin bu gün keçirilən kollegiya iclasında maraqlı fikirlər səsləndirilməklə yanaşı, bir sıra fikir ayrılıqları və mübahisələr baş verib. Belə ki, 170 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lamiyə Cəlilovanın dərsliklərlə bağlı səsləndirdiyi fikirlərə ekspertlərdən cavab gecikməyib.

Müəllim dərsliklərdə Azərbaycan dilinin qrammatikası, çalışmaların azlığına dair iradlarını bildirib. Dərsliklərin ekspertizasında iştirak etdiyini deyən əməkdar müəllim Yeganə Hüseynova isə buna etiraz edərək, L.Cəlilovanı kurrikulum barədə heç bir məlumatının olmamasında günahlandırıb.

Təhsil naziri Misir Mərdanov isə bu müzakirəni hər kəsə öz fikrini söyləmək üçün şəraitin yaradılması ilə əlaqələndirib.

Elnarə
AzNews.az