Ermənilərdən növbəti qanunsuzluq - Bu dəfə atası türk olan iştirakçıya qarşı
13 May 2016 11:49 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, ölkənin ictimai Hayastan 1 televiziyası Ukrayna iştirakçısı və atası krım türkü, anası erməni olan Jamalanın çıxışı zamanı yayımı dayandırıb. "Eurovision Turkey" feysbuk səhifəsində yazılan məlumata görə, çıxışın kəsilməsinə səbəb Jamalanın çıxışında türk sözlərindən istifadə etməsi olub.
Məlumata görə, çıxış yayımlanmağa başlayıb, lakin türkcə sözlərdən istifadə etdiyinə görə yayım dayandırılıb.
Jamalanın müsabiqədə ifa etdiyi "1944" adlı mahnı Krım tatarlarının1944-cü ildə yaşadığı sürgünə ithaf edilib və türk-ingilis dillərindədir.
Xatırladaq ki, Ermənistan bundan əvvəl də türk dilində çıxışların efiri zamanı yayımı dayandırmış, buna görə xəbərdarlıq və cərimə almışdı.
Onu da bildirək ki, "Eurovision" müsabiqəsinin şərtlərinə görə, hansısa iştirakçının çıxışının ölkədə yayımını dayandırmaq qadağandır.