Kadırovdan Putinə şikayət edən kişi təhlükədə - Evini yandırdılar

13 May 2016 13:33 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putinə videomüraciət ünvanlayaraq Kadırovdan şikayət edən Kenxi kənd sakini Calaldinova məxsus ev yandırılıb. Calaldinovun həyat yoldaşı bildirib ki, gecə vaxtı evlərinə üzü maskalı şəxslər gəlib və "onları xilas etmək" üçün gəldiklərini deyiblər. Həmin şəxslər onları maşına mindirib körpünü altında maşından düşürüblər.

"Evi isə yandırıblar. Kənd sakinlərinə bu barədə nəsə danışmaq qadağan edilib. Sakinləri onların da evini yandırmaqla hədələyiblər", - deyə qadın bildirib.

Xatırladaq ki, Ramazan Calaldinov Putinə ünvanladığı müraciətdində ölkədəki rüşvətxorluq və yolların vəziyyətinin pis olması barədə şikayət edib.

Aydan