Kasıbın başına 170 milyon avroluq “bəxt quşu” qondu
18 Noyabr 2012 05:05 (UTC+04:00)
Fransada milli lotereya rekordu qırılıb. Adı hələ məlum olmayan xoşbəxt 2 avroya aldığı "Euromillions" lotereyasında 169,8 milyon avro (216 milyon dollara yaxın) cek-pot udub. Qazandığı pula o, 4 tonn qızıl ala bilər.
AzNews.az-ın "Frans-Press" ağentliyinə istinadən verdiyi xəbərə görə, bu, ölkənin tarixində lotereyada udulan ən böyük məbləğdir.
Qeyd edək ki, 1 il əvvəl ölkənin şimalında yerləşən Kalvadosda yerli sakin 7 milyon avro udmuşdu.
Yeri gəlmişkən, bu ilin avqustunda britaniyalı cütlük Endria və Djilian Beyford "Euromillions" lotereyasında 190 milyon avro udmuşdu. Şanslı cütlük 8 milyon avroya ikimərtəbəli villa alıb. Malikanə 7 yataq otağı, 4 mərmərlə döşənmiş hamam otağı və 4 qonaq otağından ibarətdir. Evin ətrafında geniş meşə zolağı və bağ-bostan da var.
İnci
AzNews.az