38 yaşlı kişi minaya düşdü - Qazaxda

14 May 2016 09:05 (UTC+04:00)

Hadisə bu gün səhər saatlarında baş verib.

Quşçu Ayrım kənd sakini Vəzir Vəliyev dərhal Qazax Diaqnostika Mərkəzinə çatdırılıb və zərərçəkənin sol ayağı ambutasiya edilib.

Hadisə 38 yaşlı kənd sakini mal-qaranı örüşə aparan zaman baş verib.

Report.az