Rusiyada vertolyot gölə düşdü

14 May 2016 13:12 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, "Eurocopter" vertolyotu Rusiyanın Leninqrad vilayətində gölə düşüb.

Məlumata görə, vertolyot sahildən 20 metr aralıda 5-8 metr dərinliyə düşüb. Suyun üzərində vertolyotun qırıntıları yoxdur. Hazırda qəza yerində istintaq aparılır.
Vertolyotun göyərtəsində neçə nəfərin olduğu və qəzanın səbəbləri dəqiqləşdirilir.

Aydan