Oktay Əsədov Rusiyaya gedir

18 Noyabr 2012 09:10 (UTC+04:00)

Milli Məclisin sədri Oktay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 21-dən 23-ə kimi Rusiyada səfərdə olacaq.

Bu barədə AzNews.az-a açıqlamasında sözügedən səfərdə iştirak edəcək millət vəkili Elton Məmmədov məlumat verib.

Səfər zamanı O.Əsədov Sank-Peterburqda keçiriləcək MDB Parlament Assambleyasının plenar iclasında iştirak edəcək. İclasda model qanunların müzakirəsi və digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində O.Əsədov ilə bir sıra MDB dövlətlərinin parlament sədrləri arasında görüşlərin keçirilməsi də gözlənilir.

Vasif Həsənli
AzNews.az