Moskvada qəbiristanlıqda kütləvi dava - Ölən və yaralılar var (Yenilənib)
14 May 2016 15:59 (UTC+04:00)
Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, davada 200 nəfər iştirak edib.
Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, iki nəfər ölüb.
Rusiya İstintaq Komitəsi atışma nəticəsində iki nəfərin ölüm faktını təsdiqləyib. Eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbə dava zamanı polis əməkdaşının ölməsi ilə bağlı yayılmış xəbəri təkzib edib.
***
15:48
Moskvada yerləşən qəbristanlıqların birində kütləvi dava baş verib.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, davada yüzlərlə adam iştirak edib.
Davanın Orta Asiya respublikalarından olan vətəndaşlarla qafqazlılar arasında baş verdiyi bildirilir. Səbəb kimi Xovan qəbiristanlığında xidmət ərazilərinin bölünməsi ilə bağlı ziddiyyət olub.
Hadisə nəticəsində bir polis əməkdaşının öldüyü, onlarla adamın xəsarət aldığı deyilir. Qəbiristanlığa xeyli sayda xüsusi təyinatlılar göndərilib. Dava zamanı tərəflər daş parçaları, armatur və odlu silahdan istifadə ediblər.
APA.az