Almaniya parlamenti qətnamə qəbul edəcək - Qondarma “erməni soyqırımı” barədə

15 May 2016 13:18 (UTC+04:00)

Bu barədə "Bild am Sonntag" qəzeti yazıb.

Parlamentdəki fraksiyalar intensiv müzakirələrdən sonra bu qərara gəliblər. Qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımı haqqında yaddaş" adlanır. Bundestaqda qanun layihəsinin iyunun 2-də müzakirəyə çıxarılması planlaşdırılır.

Layihənin müəllifi, Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir qəzetə müsahibəsində deyib ki, bu qətnamə Ankaranı qıcıqlandıracaq, ancaq Bundestaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şantaj olunmasına imkan verməyəcək.

Bundestaqda xristian-demokratların fraksiyasının rəhbəri Folker Kauder isə hesab edir ki, qətnamə türklərlə ermənilər arasında barışığa kömək edəcək.


APA.az