Bu gün Əliyev Sarkisyanla görüşəcək

16 May 2016 09:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüş bu gün Vyanada baş tutacaq. Prezidentlər arasındakı danışıqlar Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxalq vasitəçilər olan Rusiya, Fransa və ABŞ-ın nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Prezidentlər arasında keçiriləcək görüşün başlıca məqsədi atəşkəs rejiminin möhkəmləndirilməsi və danışıqların bərpası üçün əlverişli şəraitin yaradılması olacaq.

Aydan AXUNDOVA