Xədicə İsmayılın kasassiya şikayətinə baxılacaq

16 May 2016 10:19 (UTC+04:00)

Bu barədə X.İsmayılın vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, kasasiya şikayətinə mayın 25-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Hökmdən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb. X.İsmayılın vəkilləri həmin qərardan kassasiya şikayəti verib və jurnalistin azadlığa buraxılmasını istəyiblər.

Trend.az