İŞİD-ə qarşı növbəti əməliyyat - Əsas şəxslərdən biri saxlanıldı

16 May 2016 11:38 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Elazığ vilayətində bir müddət əvvəl Suriyadan gələn və İŞİD terror qruplaşmasının üzvü olduqları iddia edilən 7 nəfər saxlanılıb. Saxlanılanlar arasında qruplaşmanın nüfuzlu rəhbər şəxslərindən birinin və cəllad da olduğu iddia edilir.

Şübhəlilərin evlərində aparılan axtarış zamanı qruplaşmaya məxsus çox sayda sənəd aşkarlanıb.

Aydan