Ərdoğan Camalaya zəng etdi
16 May 2016 14:48 (UTC+04:00)
AzNews.az yerli mediaya istinadən xəbər verir ki, Ərdoğan Krım tatarlarının faciəsindən bəhs edən "1944" adlı mahnıyla yarışmada birinci yeri tutan Camalanı təbrik edib. Türkiyə prezidenti ifaçıya bundan sonrakı yaradıcılığında da müvəffəqiyyət arzulayıb.
Camala Ərdoğanın təbrik zəngindən çox duyğulandığını bildirib və təşəkkürünü ifadə edib.
Aydan