30 yaşlı qadın bıçaqlandı - Şəmkirdə

16 May 2016 23:54 (UTC+04:00)

Rayonun Zəyəm Çırdaxan kənd sakini, 1986-cı təvəllüdlü Səhər Pənah qızı Nəsibova döş qəfəsinin arxa hissəsinin kəsilmiş deşilmiş, daxilə nüfuz etməyən xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Qadının hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


APA.az